Accessibility links

Səkkizlər Qrupunun Xarici İşlər Nazirlərinin Vaşinqtonda sammiti keçirilir - 2004-05-14


Səkkizlər qrupuna daxil olan ölkələrin xarici işlər nazirləri bu gün Vaşinqtonda görüşürlər. Görüşün əsas movzusu İraqda olan situasiyadır. Birləşmiş Ştatların bu görüşdə məqsədi İraqdakı vəziyyətə nəzarət etməkdən ötrü beynəlmiləl qüvvənin yaradılması üçün BMT Təhlükəsizlik Şurasından bəyanat əldə etməkdir. Bu tipli qüvvə İyunun 30-da hakimiyyətin İraqlılardan ibarət hökumətə verilməsindən sonra lazım gələcək. Cümə Axşamı Fransa Xarici İşlər Naziri Mişel Barniye söyləyib ki, İraqa Amerikanın rəhbərlik etməsi ilə suvereneliyin transferi arasında tam qırılma baş verməlidir. O, deyib ki, bu beynəlmiləl qüvvələrin fəaliyyəti İraqın yeni hökuməti ilə razılaşdırılmalıdır.

XS
SM
MD
LG