Danimarka şahzadəsi Frederik sıravı avstraliyalı Meri Donalsdsonla Kopengagendəki Lüteran kilsəsində keçirilmiş toy mərasimində evlənmişdir. Gəlin fil sümüyü rəngindəki sadə paltar, onun adaxlısı isə rəsmi Danimarka dəniz zabiti paltarını geyinmişlər. Hökumət on minlərlə insanın Danimarka paytaxtının küçələrinə toplaşdığını nəzərə alaraq, ciddi təhlükəsizlik tədbirləri görmüşdür. Xanım Donaldson Danimarka vətəndaşlığını və Lütern kilsəsinin üzvlüyünü əldə edərək, indən belə şahzadə Meri kimi tanınacaq. 35 yaşlı şahzadə 32 yaşlı xanım Donaldsonla ilk dəfə dörd il bundan əvvəl, Sidneydə keçirilən Olimpiya Oyunları zamanı barda tanış olmuşdu.