Accessibility links

Hindistanda ilk dəfə xarici qadın baş nazir ola bilər - 2004-05-15


Hindistanın parlament seçkilərində qələbə əldə edən Konqres partiyası Sonya Qandini yenidən lider təyin edib. Beləliklə də Hindistanda ilk dəfə olaraq xaricdə doğulmuş qadın baş nazir ola bilər. Konqres partiyasının Sonya Qandini sədr seçməsi heç kimdə təəəcüb doğurmamışdı. Partiya lap əvvəldən onun baş nazir təyin edilməsi arzusunda olduğunu deyirdi. Konqres partiyasının başçılıq etdiyi koalisiyanı dəstəkləyən solçu partiyalar da Sonya Qandinin baş nazir təyin edilməsinə razılıq verirlər. Seçkilərdə iştirak edən digər partiyaların da xanım Qandiyə dəstək verəcəyi gözlənilir. Keçmiş baş nazir raciv Qandinin xanımı Sonyanın 57 yaşı var, xristinadır, İtaliyada anadan olub. Məhz bunların seçicilər və siyasətçilər üçün problem ola biləcəyini nəzərə alan partiya seçkilərdən əvvəl Sonya Qandinin liderlik məsələsini qaldırmırdı. Artıq üçüncü gündür ki, Konqres partiyasının tərəfdarları partiyanın 8 ildən sonra yenidən hakimiyyət başına keçməsi münasibəti ilə Qandinin evi qarşısında şənliklər keçirirlər. Qandinin baş nazir təyin edilməsi Qandi sülaləsini dönüşü ola bilər. Bu ailə Hindistanın müstəqillik əldə etdiyi 1947-ci ildən bəri bütövlükdə 40 il ölkəni idarə edib.

XS
SM
MD
LG