Accessibility links

Cənubi Koreyanın prezidenti xalqı qarşısında üzr istəyib - 2004-05-15


Konstitusiya məhkəməsi tərəfindən Cənubi Koreyanın prezidenti Roh Moo-Hyunun impic edilməsi qərarı rədd edildikdən bir gün sonra dövlət başçısı xalqı qarşısında üzr istəmiş və ölkəsinin iqtisatiyyatını yaxşılaşdıracağına söz vermişdirdir. Bu gün cənab Roh televiziya ilə canlı yayımda deyib ki, məhkəmə onu mənəvi və siyasi məsuliyyətdən azad etməyib. Prezident ölkədəki iqtisadi çətinlikləri həll edəcəyinə söz verib. Xatırladaq ki, mart ayında parlament cənab Ruhu qeyri-qanuni companiyalar, iqtisadiyyatı idarə edə bilməmək və korrupsiyada günahlandıraraq vəzifədən kənar etmək barədə qərar qəbul etmişdi.

XS
SM
MD
LG