Accessibility links

Britaniyanın baş naziri Türkiyədədir - 2004-05-17


Britaniyanın baş naziri Toni Bleyer qısamüddətli səfərlə Türkiyədədir. Bleyerin Türkiyənin liderlərilə görüşlərinin diqqət mərkəzində İraq və Türkiyənin Avropa Birliyinə üzlvlüyü məsələləri yer alır. Ankarada cənab Bleyerin gəlişi ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görülüb. Ehtimal edilir ki, Türkiyə liderləri Şimali İraqdakı kürdlərin müstəqilliklə bağlı mümkün addımlarından narahatlıqlarını ifadə edəcəklər. Görüşlər zamanı bölünmüş Kipr adası ilə bağlı məsələnin də müzakirəsi gözlənilir.

XS
SM
MD
LG