Accessibility links

X.Zebari:İraqda zorakılıqlara amerikalıların səhvləri yol açıb - 2004-05-19


İraqın xarici işlər naziri zorakılıglara əl atanların ölkəni müstəgillik və demokratiya yolundan yayındırmaq istəyənlər olduğunu demişdir. Eyni zamanda ABŞ-ın rəhbərlik etdiyi koalisiya güvvələrinin səhvləri Səddamdan sonrakı İraqda terrorizmin artmasına imkan yaratmışdır-deyə nazir bildirmişdir.ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hakimiyyəti iraqlılara təhvil verilməsinə altı həftə galır. Lakin ölkədə hökm sürən zorakılıqlar və təhlükəsizliyin təmin edilməməsi hakimiyyətin təhvilinin nə dərəcədə maneəsiz olacağı və bundan sonra nələr baş verəcəyi barədə sualları gündəmə çıxarır. İraq rəsmililəri və koalisiya güvvələri törədilən zorakılıqlarda keçmiş Səddam Hüsseyin rejiminin tərəfdarları, islamçı ekstremistləri və Üsəma Bin Ladenin terrorçu şəbəkisi ilə əlaqəsi olan xarici döyüşçüləri günahlandırırlar. Bu həftə İyordaniyada keçirilən igtisadi forumda çıxış edən İraqın xarıcı işlər naziri Xoşyar Zebari demişdi ki, İraqda həyata keçirilən hücümların məsuliyyətini üzərinə götürən təxminən 40-50 grup mövcuddur. Onun təxminlərinə görə hal-hazırda ölkədə bir neçə min əcnəbi döyüşçü var. Cənab Zebarinin dediyinə görə koalissiya güvvələri İraqdaki vəziyyəti tam dərk etmir və vəziyyəti kommunizmin süqutundan sonra Şərqi Avropa ilə eyniləşdirir. Xarici işlər naziri səhvlərlə yanaşı, koalisiyanın nailiyyətləri barədə də danışmışdır. O, demişdir ki, iraqlıların son il ərzində əldə etdiyi nailiyyətlərin əsası Səddam Hüseyn rejiminin dağıdılmasıdır. İkincisi, hal-hazırda yaşadığımız azadlıq təcrübəsi, sadə iraqlıların həyat şəraitlərini nəzərəçarpacaq dərəcədə dəyişən məvaciblərdir.

XS
SM
MD
LG