Accessibility links

Gürcüstan və Türkiyə dövlət başçılarının görüşü oldu  - 2004-05-20


Türkiyə prezidenti Əhməd Necdet Sezər və Gürcüstan prezidenti Mixail Saakaşvili arasında Ankarada keçən görüşdə dövlət başçıları ikitərəfli münasibətlər, Abxaziyada və Cənubi Osetiyada vəziyyəti müzakirə ediblər. Prezident Sezər Gürcüstan üçün problemlərin sülh yolu həll etməyin vacibliyinə toxunub və əlavə edib ki, bu həllin regionda sülh və sabitlik işinə yardım edəcəyinə inanır. Türkiyədə üç günlük səfərdə olan Mixail Saakşavili öz növbəsində, Acariya məsələsində Tbilisiyə dəstəyinə görə Türkiyədən razılığını ifadə edib. Prezident Saakaşvili cümə günü Türkiyənin xarici işlər naziri Abdulla Güllə görüşüb.

XS
SM
MD
LG