Accessibility links

Prezident Buş İraqla bağlı administrasiyanın strategiyasını  açıqlayacaq - 2004-05-23


Bu, İraqda hakimiyyətin koalisiya qüvvələrindən iraqlıların özünə keçidinə altı həftədən az qalmış bir vaxta təsadüf edir. Koalisiyanın müvəqqəti idarəsinin iyunun 30-da hakimiyyəti İraqın müvəqqəti hökumətinə təhvil verməsinə hazırlaşdığı bir vaxt ABŞ prezidenti administrasiyanın İraqa dair planlarından danışacaq. Ağ Evin nümayəndəsi Trent Daffinin bildirdiyinə görə, Buş administrasiyası İraqda ən mühüm bir dövrə yaxınlaşmaqdadır. Prezident Buş hakimiyyətin keçidi, təhlükəsizlik məsələləri, diplomatik sahədə son inkişaflar və özünün dediyi kimi, İraqı demokratiya istiqamətində inkişaf yolunda saxlamaq üçün bərpa işləri də daxil olamqla bir sıra məsələlərə toxunacaq. Cümə günü Luiziana universitetində çıxış edən Corc Buş demişdir ki, amerikalılara hücumlar Birləşmiş Ştatların qarşısını saxlaya bilməyəcək. “Biz tarixi bir dövrdə, amerikalıların arzusu və xarakterinin sınağa çəkildiyi bir zaman yaşayırıq. Biz dağıdıcı planları və yeganə məqəsədi olan düşmənlərimizlə müharibə aparırıq. Onların məqsədi Amerikanı zəiflik və qorxu içində dünyadan təcrid olmağa məcbur etdirməklə nhiftər ideoloğiyasını yaymaqdan ibarətdir. Onlar görürlər ki, amerikalılıar qaçan deyillər. Bu ölkə bir işi öz üzərinə götürəndə onu sona çatdırır.” Cənab Buş İraqda hərbi qüvvələrin qalacağına bir daha söz verdi. Lakin ABŞ prezidenti onun reytinqini düşməsinə səbəb olmuş məhbuslara qarşı zorakıkılıqlarla əlaqədar qalmaqalla bağlı məsələyə xüsusi şəkildə toxunmadı. “Bizə təhlükəni aradan qaldırıb, terrorçulara qarşı mübarizəyə qalxıb, Amerikanı və dünyanı təhlükədən qurtaracaq Yaxın Şərqin ürəyində olan İraqda sülh və demokratiya qurmaq kimi tarixi bir imkan verilib. Çoxlarının buna xidmət etdiyi və canını qurban verdiyi bu missiyanı başa çatdıracayıq. Dünya da əmin olmalıdır ki, nə qədər lazım olsa, biz bu xalqın azadlığı və təhlükəsizliyini müdafiə edəcəyik.” Sabahkı və bundan sonrakı çıxışları zamanı prezident Buşun İraqda hakimiyyətin keçidi məsələsini təfərrüatı ilə müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG