İordan çayının qərb sahilində Nablus şəhərində partlayış nəticəsində üç fələstinli yaraqlı qətlə yetirilib. Fələstinin təhlükəsizlik qüvvələri və şahidlərin verdiyi məlumata görə, həmin üç yaraqlı avtomobildə saxlanılan partlayıcı maddələri götürərkən ölmüşlər. İsrail partlayışda hər hansı rolu olduğunu rədd edib. Bundan əvvəl İsrailin Ədliyyə naziri Yosef Lapid İsrailin Qəzza zolağındakı Fələstin evlərini dağıtmasını tənqid edərək deyib ki, gördükləri ona nənəsinin nasistlər tərəfindən təqib olunduğu vaxtı xatırladıb. Cənab Lapidin açıqlamaları digər kabinet nazirlərinin qəzəbinə səbəb olub. Fələstinlililərin silah qaçaqmalçılığını həyata keçirdiyi tuneli tapmaq məqsədilə keçirilən əməliyyat zamanı 40 fələstinli həllak olmuş, onlarla ev dağıdılmışdır.