Məktəbə qədər siniflərdə amerikalı uşaqlara xairici dilin tədirisi getdikcə genişlənməkdədir. Məktəbə qədər sinflərdə uşaqlara xarici dilin tədrisində istifadə olunan yeni proqrama əsasən, onlar tanış olmayan dildən yalnız məktəbdə istifadə edirlər, bir sözlə, bu dildə danışığı eşidirlər. Uşaqlar oynayır, mahnı oxuyur, bir-birilə yeni dildə danışmağa həvəsləndirilirlər. Bəzi ekspertlər hesab edirlər ki, məhz bu üsul uşaq yaşlarında dil öyrənməyin ən təsirli yollarından biridir. Lakin Amerikada Birləşmiş Ştatlarındakı məktəblərin ibtidai siniflərində xarici dilin tədrisi zamanı bəzən problemlər də qarşıya çıxır. Belə ki, ibtidai məktəblərin hamısı xarici dil öyrətmək imkanına malik deyil və əgər ibtidai məktəbdə xarici dil tədris olunursa, sonrakı siniflərdə məhz həmin kursu davam etdirmək həmişə mümkün olmur. Amerikanın 50 ştatındın yalnız 7-də məktəblərdə altı yaşından 12 yaşına qədər uşaqlara xarici dilin tədris edilməsi tələb olunur. Dil ekpertləri deyirlər ki, adətən, uşaq yaşlarında dil öyrənmək daha asandır. Lakin Amerikanın bir çox məktəblərində xarici diln tədrisi hələ də orta məktəbdən başlayır. Bu isə o deməkdir ki, xarici dilin tədirisinə məktəblilər təxminə 13 yaşlarından başlayırlar. Hazırda Amerika məktəblərinin qarşılaşdığı daha bir ciddi problem təhsil proqramlarının maliyyələşdirilməsidir. Federal hökumət prezident Buşun “Heç bir uşaq kənarda qalmamalıdır” adlı proqrdam çərçivəsində xarici dilin tədrisinə maliyyə vəsaiti qoyuluşunu artırıb. Hazırda Müsair Dil Assosiasiyasına əsasən, kollec səviyyəsində daha çox tələbə xarici dil öyrənir. Qrup bu yaxınlarda 1989-cu ildən 2002-ci ilə qədər araşdırmalarının nəticələrini açıqlayıb. Bu nəticələrə əsasən, kollecdə xarici dil öyrənən tələbələrin sayı 17 faiz artıb. Birləşmiş Ştatların kollecləri və universitetlərində ən çox tədris olunan dil ispan dilir. Digər populyar dillər fransız, alm an, yapon və çin və italyan dilləridir. Dil Assosiasiyasının verdiyi məlumata əsasən, dillərin öyrənilməsi indi əvvəlki illərə nisəbətən xeyli artıb. Son zamanlar ərəb və hibri dillərinə marağın xeyli artdığı müşahidə olnur. Hazırda Amerika kollec tələbələrinin 9 faizi xarici dil öyrənir. Bu, 1972-ci ildən sonra ən yüksək göstəricidir.