Accessibility links

Əl-Qaidənin 18 min döyüşə hazır yaraqlısı var - 2004-05-25


Britaniyanın xarıcı siyasət məsələləri üzrə aparıcı grupu bildirib ki, düniyada baş verən itkilərə baxmayaraq, Əl-Qaidənın on səkkiz mindən artıq döyüşə hazır yaraqlısı var və İraqdakı vəziyyətlə əlagədər onların sayı artmaqdadır. Qərargahı Londonda yerləşən Strateji Araşdırmalar İnstitutunun bu gün açıqlanmış hesabatına əsasən, mart ayının 11-də Madrid şəhərində gatarda baş vermiş bomba partlayışları onu göstərir ki, 2001-ci ildə Əfganistanda iki min yaraqlısını və rəhbərlərinin yarısını itirmiş terror təşkilatın yenidən gurulması prosesi gedir.İnstitutun nümayəndələri terrorçu grupun həm Birləşmiş Ştatlar, həm də onun Avropa müttəfiqlərinin ərazilərində hədəflərseçdiyi və gələcəkdə hücümlarının sayının artacağı barədə məlumat vermişlər. Kütləvi qırğın silahlarının qərbdə istifadəsını istisna edərək, terror səbəkəsinin amerikalı, avropalıları və israilliləri əsas hədəf kimi saxlayacağı gözlənilir.

XS
SM
MD
LG