Accessibility links

İraqda atəşkəs pozulub - 2004-05-28


Bu gün İraqın Kufa şəhərində Birləşmiş Ştatlar qüvvələri ilə Əl-Sədrə sadiq döyüşçülər arasında qarşıdurma olub. Döyüşlərin dayandırılması ilə bağlı razılığı sual altına alan qarşıdurma siə rihani Əl-Sədrin cümə namazı zamanı çıxış etdiyi məscid yaxınlığında baş verib. Qeyd edək ki, Əl-Sədr bu gün məsciddə olmayıb. Xəstəxana işçilərinin bildirdiyinə görə qarşıdurma zamanı 3 nəfər öldürülmüş, 8 adam yaralanmışdı. Amerikanın Bağdadakı generalı Mark Kimmit bunu Əl-Sədrə sadiq döyüşçülərin atəşkəsi pozması kimi qiymətləndirmişdir.

XS
SM
MD
LG