Cümə günü baş vermiş zəlzələnin nəticələrini müəyynləşdirmək məqsədi ilə zəlzələ zonasına gedən İran rəsmiləri vertoloyot gəzasına uğramış və nəticədə altı nəfər həlak olmuşdur. İran rəsmiləri İRNA xəbərlər agentliyinə bildirmişlər ki, ölənlər arasında zəlzələnin baş verdiyi Gəzvin vilayətinin gubernatoru Məsud Emami də var. Verilən xəbərlərdə bildirilir ki, güclü təkan nəticəsində 25 nəfər olümüş, yüzlərlə insan yaralanmış, 80-dən çox kənd dağılmışdır. Yer sürüşməsi nəticəsində yollar yararsız hala düşdüyündən xilasetmə dəstələrinin və sursatların daşınması üçün vertolyotlardan istifadə olunur.