Accessibility links

Səudiyyə Ərəbistanı: Girovlar azad edildi - 2004-05-30


Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Xobar şəhərində bir evə etdikləri reyd zamanı təxminən 50 girovu azad etmiş və islamçı yaraqlılar olmalarından şübhələnilən bir neçə nəfəri həbs etmişlər. Əməliyyatın əsas məqsədi yaraqlıları ələ keçirmək və girovları azad etmək idi. İslam məsələləri üzrə tanınmış jurnalis Fəhmi Hoveydi Amerikanın Səsinin müxbirinə deyib ki, Səudiyyə Ərəbistanı zorakılıq edən və silahdan istifadə edən qruplarla danışıqlar aparmır, onlara radio vasitəsi ilə müraciət edir. Təhlükəsizlik qüvvələrinin bugünkü əməliyyatı müvəffəqiyyətlə keçib. Əməliyyatda yaraqlıların başçısı da daxil edilməklə onların hamısı ələ keçirilib. Belə əməliyyatlar çox nadir hallarda həyata keçirilir. Verilən xəbərlərə görə əməliyyat zamanı bir neçə girov və yaraqlı öldürülüb. Səudiyyə hökuməti bu barədə rəsmi məlumat verməsə də bildirib ki, şənbə günü Xobar şəhərində 10 nəfəri qətlə yetirən və adamları girov götürənlər ələ keçirilib. Dünənki hücum keçən aydan bəri Səudiyyədəki əcnəbilərə qarşı həyata keçirilən üçüncü hücumdur.

XS
SM
MD
LG