Pakistanın Kəraçi şəhərində sünni Mufti Nizaməddin Şəmzainin qətlə yetirilməsindən sonra yaranan ixtişaşlar davam edir. Minlərlə adamın iştirak etdiyi nümayiş zamanı azı 8 nəfər nümayişçi və 6 polis yaralanıb. Şamzainin dəfn mərasimindən sonra polis Kəraçidə asayişi bərpa etməyə çalışır. Müfti Nizaməddin Şəmzai talibləri müdafiə edir və əhalini Birləşmiş Ştatlara qarşı mübarizəyə çağırırdı.