Accessibility links

Iraqın müvəqqəti prezidentinin kimliyi mübahisə mövzusudur  - 2004-05-31


Birləşmiş Ştatların rəsmiləri və İraqın müvəqqəti idarəetmə şurasının üzvləri gələn ay təşkil ediləcək müvəqqəti hökumətin prezidentinin kimin olacağı məsələsində bir qərara gələ biməyiblər. Bu gün gedən danışıqlar zamanı aydın olub ki, müvəqqəti idarəetmə şurası onun hazırkı sünnü lider Qazi əl-Yavərə, ABŞ-ın İraqdakı administratoru Pol Bremer və BMT-nin İraq üzrə nümayəndəsi Lahdar Brahimi isə İraqın xarici işlər naziri olmuş Ədnan Paçaçiyə üstünlük verirlər. Məsələ ətrafında yaranmış mübahisələr prezidentin adının elan edilməsinin təxirə salınnmasına səbəb olub. Şuranın bəzi üzvləri ABŞ rəsmilərinin prosesə qarışmasından narazılıqlarını ifadə ediblər. Birləşmiş Ştatların rəsmiləri hələlik heç bir şərh verməyiblər.

XS
SM
MD
LG