Accessibility links

Səudiyyə hökuməti çaxnaşmalarla bağlı axtarışa başlayıb  - 2004-05-31


Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri Xobar şəhərində çoxu əcnəbi olmaqla 22 nəfəri öldürən və 25 nəfəri yaralayan üç qaçaq yaraqlını axtarır.

Yaxın Şərq bürosundakı müxbirimiz Greg LaMottun verdiyi xəbərə görə üç qaçaq yaraqlının Əl-Qaidə terror şəbəkəsinin üzvü olmaları barədə şübhələr var. Onlar şənbə günü Ər-Riyadın 400 kilometr şimalşərqində yerləşən Xobar şəhərindəki Neft mərkəzinin yaşayış binasına hücum edərək 50-yə yaxın adamı girov götürmüşdülər. Dünən vertolotlar vasitəsilə təhlükəsizlik qüvvələr binanın damına enmişlər. Rəsmilər deyirlər ki, əməliyyatın nəticəsində 41 girov azad edilmiş, 240-a yaxın adamı təxliyyə etmişlər. Yaraqlıların lideri yaralanmış və ələ keçirilmişdi. Lakin 3 yaraqlı bir maşını ələ keçirərək maşında olanı girov götürmüş və qaça bilmişdi. Yaraqlılar 22 nəfəri qətlə yetirmişlər.

Rəsmilərin bildirildiyinə görə, həlak olanların 8 hindistanlı, 3 filippinli, 3 iraqlı, 2 şrilankalı, biri amerikalı, biri misirli, biri isveçli, biri Cənubi Afrikalı və biri də ingiltərəlidir. Əməliyyatın məsuliyyətini Əl-Qaidə terror şəbəkəsi üzərinə götürüb. Rəsmilər deyirlər ki, əməliyyatın nəticəsində bir neçə əsgər həlak olub. Ciddə Ərəb xəbərlər agentliyinin jurnalisti Mahmud Əhməd Amerikanın səsinə deyib ki, səudiyyəlilər ölkədə bu növ terror hücumlarına görə olduqca qəzəblidirlər. Onlar vətənlərinin təhlükəsiz yer olmasını arzulayırlar.

XS
SM
MD
LG