Birləşmiş Ştatların Xəzər Dənizi regionuna təyin olunmuş elçisi öz ölkəsinin Qazaxıstanın Bakı Tbilisi Ceyhan kəməri layihəsinə qoşulmasını dəstəklədiyini bildirib. Lakin Səfir Steven Mann Bakıda keçirilən eneüi konfrasında Vaşinqtonun Qazaxstandan İrana kəmər çəkilməsinin əleyhinə olduğunu bildirib. Amerikalı diplomat həmçinin əlavə daha bir layihəyə -- Ukraynanın təklif etdiyi Odessa-Brodi neft kəməri -- layihəsinə də dəstək verib. Bu kəmər Xəzər Dənizi neftini birbaşa Avropaya ötürmək məqsədi daşıyır.