Accessibility links

C.Kerri çıxışlarını Floridada davam etdirir - 2004-06-01


Demokrat partiyasından Amerika prezidentliyinə namizəd Con Kerri bu gün Florida ştatında nüvə terrorizmi ilə bağlı planını açılayır. Con Kerrinin prezident Buşu tənqid edərək, onun qara bazarlarda nüvə materiallarının yayılmasının qarşısının alınmasında çox ləng və çox az iş gördüyünü deyəcəyi gözlənilir. Senator Kerri bildirir ki, nüvə istehsalında istifadə edilən materiallar, nəzarət altında saxlanmalı və yeni materialların istehsal edilmədiyi təminat altına alınmalıdır. Bügünkü çıxış senatorun siyasətinin açılanması ilə bağlı 11 günlük məruzələrinin bir hissəsidir.

XS
SM
MD
LG