Birləşmiş Ştatların yüksək səlahiyyətli nümayəndəsi BMT Təhlükəsizlik Şurasında müzakirə edilən İraqla bağlı qətnamə layihəsində Şuranın əksər üzvlərinin tələblərini qarşılayacağına ümid etdiyini bildirmişdir. Avropa İttifaqı və NATO rəsmiləri ilə danışıqlar məqsədi ilə Brüsselə gedən Birləşmiş Ştatlar Dövlət Katibinin müavini Ricard Armitrac gətnamənin Təhlükəsizlik Şurası üzvlərinin çoxunun maraqlarını təmin edəcəyi barədə inamını bildirmişdir. O demişdir: ”Biz inanırıq ki, biz birinci növbədə gətnamədə 15 üzvlü Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyətinin maraqlarını nəzərə almağa gadirik.” Qətnamə layihəsi Birləşmiş Ştatlar və Britaniya İraqın yeni müvəggəti höküməti və ABŞ-ın rəhbərlik etdiyi beynəlmiləl hərbi güvvələrin münasibətlərinin müəyyənləşdirilməsinə yönəlib. Cənab Artmitrac müxbirlərə bildirib ki, İraqın iyun ayının 30-da müstəqilliyi bərpa olunandan sonra beynəlxalq güvvələrin mandatı məsələsi Vaşinqton və müvəggəti hökümət arasında fikir mübadiləsi yolu ilə müəyyənləşdiriləcək. ABŞ və Britaniya tərəfindən hazırlanan layihə Təhlükəsizlik Şurasının Fransa və Almaniya daxil edilməklə, bir neçə üzvünün İraqdakı çoxmillətli hərbi güvvələrin çıxarılmasının tarixi müəyyənləşdirilməsinə ehtiyac olduğunu bildirmələrindən sonra açıqlanmışdı. Layihədə konkret tarix göstərilmir, lakin cənab Armitracın dediyinə görə, tarix gəbul ediləcək gətnamədə müəyynləşdiriləcək. İraq hökumətinin tələbinə əsasən qətnamədə irəli sürülən şərtlər 12 ay və ya daha tez nəzərdən keçirilə bilər. Təhlükəsizlik Şurasının bir neçə üzvü İraq hərbçiləri və polisinin ABŞ hərbi rəhbərliyinin göstərişlərinə riayət etməmək hüququ ilə təmin edilməli olduğunu deyilər. Lakin cənab Armitrac bu hüququn gətnamədə əksini tapmasına ehtiyac olmadığını bildirmişdir. ABŞ diplomatı İraqın yeni müvəggəti höküməti və ABŞ-ın rəhbərlik etdiyi hərbi güvvələr arasında razılıq əldə edilə biləcəyi ehtimalını da istisna etməmişdir. O demişdir ki, bu razılığa əsasən İraq hərbi güvvələri ölkədə təhlükəsizliyin təmin etməyə hazır olanadək, BMT-nin mandatı altında fəaliyyət göstərəcəklər.