Accessibility links

ABŞ prezidenti Roma Papası ilə görüşüb - 2004-06-04


Prezident Buş hazırda İtaliyadadır. Roma Papası İkinci İohan Pavellə görüşən prezident İraqın gələcəyi məsələsini müzakirə etmişdir. Roma Papasının sülh çağırışlarına əhəmiyyət verməyən Amerika prezidenti İtaliyada İkinci İohan Pavellə ilk dəfə görüşür. Roma Papası İraqdakı vəziyyətlə bağlı narahatlığını bildirmişdir. O demişdir ki, prezident Buş Vatikanın İraqla bağlı mövqeyini yaxşı bilirdi. O, İraqdakı vəziyyətin BMT-nin fəal iştirakı ilə tez bir şəkildə normallaşdırılmasına çağırmışdır. Sağlamlığı səbəbi ilə olduqca zəif olan Roma Papası İraqın yeni müvəqqəti hökumətinin təşkilindən razı qaldığını demişdir. Prezident Buş isə öz növbəsində Amerikanın sabitlik və təhlükəsziliyin təminat altına alınmasına çalışdığını qeyd etmişdir. Amerika prezidenti Vatikana səfər etməzdən əvvəl İtaliya prezidenti Karlo Kiampi ilə görüşmüş, daha sonra baş nazir Silvio Berluskoninin ev sahibliyi etdiyi şam ziyafətində iştirak etmişdi.

XS
SM
MD
LG