Accessibility links

Əfqanıstanın cənub-qərbində Taliban tərəfdarları ilə döyüşlər davam edir - 2004-06-05


Əfqanıstandakı Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi Taker Mansager Kabildə müxbirlərə deyib ki, ölkənin cənub-qərbində Amerika hərbi qüvvələri ilə çox sayda olan yaraqlılar arasında vuruşmalar baş verib. O, tələfat haqda məlumat verməsə də, bildirib ki, bu son vaxtlarda yaraqlılar koalisiya qüvvələri üzərinə tez-tez hücumlar təşkil edirlər. Bu həftənin əvvəllərində Amerika əsgərlərilə yaraqlılar arasında baş verən döyüşdə 17 yaraqlı öldürülmüşdü.

XS
SM
MD
LG