Accessibility links

Donald Ramsfeld Banqladeşdədir - 2004-06-05


Birləşmiş Ştatlar Müdafıə naziri bu gün Banqladeşın baş Naziri ilə danışıaqlar aparmaqdan ötrü həmin ölkəyə gəlmişdir. Cənab Ramsfeldin gəlişindən doğan minlərlə adamın keçirdiyi etiraz aksiyaları Banqladeş hökumətini paytaxt Dhaka şəhərinə əlavə təhlükəsizlik qüvvələrinin gətirilməsinə məcbur etmişdir. Gözlnilir ki, cənab Ramsfeld İraqa Banqldeş qoşunlarının göndərilməsi ilə bağlı Baş Nazir Xaleda Ziya ilə müzakirələr aparacaq. Xaleda Ziyanın ölkəsi İraq yalnız BMT başçılığı altında qüvvə göndərərcəyini bəyan edir. Cənab Ramsfeld Banqladeşə terrorizmə qarşı mübarizə ilə bağlı Sinqapurda keçirilən konfrasdan gəlib.

XS
SM
MD
LG