Accessibility links

İraqın kürd siyasətçiləri BMT-nin qətnaməsini tənqid etdilər - 2004-06-09


İraqın kürd siyasətçiləri BMT-nin qəbul etdiyi İraqın suverenliyi haqqındakı qətnaməsini tənqid etmişlər. Onlar demişlər ki, kürd liderləri istəyərsə onlar istefa verəcəklər. Kürd siyasətçiləri qəbul olunmuş qətnasmədə İraqın müvəqqəti konstitusiyasında federalizm və Kürd muxtariyyətinin qəbul edilməsini tələb edirlər. Lakin dünən Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə müvəqqəti konstitusiyaya dəstək verilmədiyi müşahidə olunub. Küradlərin narahatlığına səbəb odur ki, müvəqqəti hökumətdə çoxluq təşkil edən siələr konstitusiyaya hörmətlə yanaşmayacaqlar. Qeyd edək ki, Ayatolla Əli əl-Sistanı də daxil edilməklə bəzi siə liderləri Amerikanın təyin etdiyi Müvəqqəti İdarəetmə Şurası tərəfindən hazırlanan konstitusiyanı tanımaq istəmirlər.

XS
SM
MD
LG