Accessibility links

Prezident Buş Səkkizlər Qrupu iştirakçılarını salamladı - 2004-06-09


Prezident Buş Corciya ştatında, Si Aylenddə keçirilən Səkkizlər qrupunun zirvə toplantısında dünyanın sənayesi inişaf etmiş səkkiz ölkəsi və Rusiyanın dövlət başçılarını salamlamışdır. Sammitin gündəliyində olan əsas məsələlər İraq, Yaxın Şərq sülh prosesi və terrorizmə qarşı mübarizədir. Prezident Buş sammitə Yaxın Şərq və Afrika ölkələrinin bir sıra liderlərini də dəvət etmişdir. Birləşmiş Ştatların rəsmiləri Səkkizlər qrupunun liderlərinin Afrikada fəaliyyətə başalayacaq 50 min əsgərdən ibarət qlobal sülhümühafziə qüvvələrinin yaradılması planını təsdiqləyəcəyini deyiblər. Bu gün Britaniyanın baş naziri Toni Bleyerlə görüşündən sonra isə president Buş NATO-nun İraqda vəziyyəti sabitləşdirmək üçün qurumun rolunun daha da genişlənməsinə çağırmışdır. Cənab Buş habelə NATO müttəfiqləri ilə İraqda hazırkı fəaliyyətləri davam etdirmək istiqamətində işləmək istədiyini də bəyan etmişdir. NATO-nun 15 üzvü İraqda öz hərbi qüvvələrini yerləşdirib. Prezident Buşşun qeyd etdiyi kimi, hazırda alyansın İraqın yeni ordusuna təlim vermək də daxil olmaqla, ölkədə rolunun genişlənməsi üçün yaxşı imkan var. Cənab Buş dünən axşam sənayesi inkişaf etmiş səkkiz ölkə liderini qeyri-rəsmi şam yeməyinə dəvət etmişdir. Bundan başqa ABŞ prezidenti sammitin iştikraçılarının çoxu ilə təkbətək görüşlər keçirmişdir.

XS
SM
MD
LG