Bu gün Nəcəf şəhərində cümə namazı radikal şiə ruhani Mötəda Əl- Sədrin tərəfdarları və opponentləri arasındakı qarşıdurma səbəbi ilə təxirə salınmışdı. Bir gün əvvəl isə İraq polisi və Əl-Sədrin yaraqlıları arasında toqquşma baş vermişdi. Bağdadda isə Amerikanın hərbi maşın karvanı yaxınlığında bir maşın partlamışdı. Tələfat haqda dəqiq məlumat əldə edilməmişdir. Bağdadın Sədr məhəlləsində Amerika əsgərləri ilə Əl-Sədrə sadiq döyüşçülər arasındakı atışma zamanı bir yaraqlının qətlə yetirildiyi xəbər verilir.