Accessibility links

Kolin Pauell Səudiyyə Ərəbistanı hökumətindən razıdır - 2004-06-13


Birləşmiş Ştatlar Dövlət Katibi Kolin Pauell öz ölkəsinin Səduiyyə Ərəbistanında xarici işçilərə edilən hücumların dayandırılması yönümündə Səudiyyə hökumətinin əlindən gələni etdiyini anladığını və bundan razı olduğunu bəyan edib. Amerika televiziyalarına verdiyi müsahibədə cənab Pauell deyib ki, Birləşmiş Ştatlar Səduiyyə hökumətinə lazımi köməkliyi göstərir ki, Ərəbistan yarımadasında təhlükəsizlik hissi bərpa edilsin, və bu hücumlar neft sektorunun fəaliyyətinə və normal ticarətə əngəllik törətməsin. O, həmçinin bir mülki Amerikalının dünən Riyadda qətlə yetirildiyini, başqa birinin isə yoxa çıxmasını təsdiq edib. Əl-Qaida ilə əlaqəsi olan İnternet səhifəsində adı çəkilən terror təşkilatı Amerikalının girov götürülməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, və ona adı çıxmış Əbu Ğrayb həbsxanasında İraqlı dustaqlara göstərilən eyni rəftarı göstərəcəyini bildirmişdir.

XS
SM
MD
LG