Accessibility links

Prezident Buş Əfqanıstan rəhbəri Karzai ilə görüşüb - 2004-06-15


Prezident Buş Əfqanistana yardım barədə yeni təşəbbüslər açıqlamış və demişdir ki, Birləşmiş Ştatlar bu ölkənin inkişafı üçün qəti öhdəlik götürüb. O, Ağ Evdə Əfqanistanın Prezidenti Həmid Karzai ilə təşkil etdiyi birgə mətbuat konfransında demişdir ki, Birləşmiş Ştatlar Əfqan uşaqları üçün dərsliklər təmin edəcək, bizneslə məşqul olan qadınlara isə təlim və qrantlar verəcək. ABŞ eyni zamanda Əfqan siyasətçiləri üçün də təlim proqramları həyata keçirəcək. Amerika Prezidenti iki ölkə arsında ticarət müqaviləsi imzalanacağını və mübadilə proqramlarının genişlənəcəyini bildirib. Həmid Karzai isə ABŞ Kongresinin birgə sesiyası qarşısında etdiyi çıxışında ölkəsində yenidən qurma üçün əlavə xarici investisiyalara ehtiyac olduğunu bildirmişdir. O, verdiyi yardımlara görə Birləşmiş Ştatlara teşəkkür etmişdir.

XS
SM
MD
LG