Accessibility links

Ermənistan xarici işlər naziri Oskanyan Vaşinqtondadır - 2004-06-15


Vaşinqtonda səfərdə olan Ermənistan Xarici İşlər naziri Vartan Oskanyan dünən Birləşmiş Ştatlar Dövlət katibi Kolin Pauellə görüşüb. Görüş zamanı onlar Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru irəliləyişləri müzakirə etmişlər. Qafqazda sülhün və stabilliyin imkanları haqda Beynəlxalq və Strateji Araşdırmalar mərkəzində çıxış edən Oskanyan söyləmişdir ki, Dağlıq Qarabağ problemi həll etmədən Cənubi Qafqazda stabilliyin bərqərar olması mümkün deyil. O, öz ölkəsinin bu məsələnin həllinə çox çalışdığını qeyd edərək bildirib ki, Ermənistan bir müddət öncə Ki Uestdə mərhum prezident Heydər Əliyevlə bərabər bir sənəd ortaya çıxarmağa nail olmuşdu. Bu razılığa gəlmək hər iki prezident üçün çox çətin idi, çünki bu sənəd hər iki tərəfdən ciddi güzəştlər tələb edirdi, və gələcək sülh müqaviləsnin çərçivəsini müəyyən edirdi. Amma onun dediyinə görə təəssüf ki İlham Əliyev hakimiyyətə gəlduikdən sonra situasiya dəyişib. İlham Əliyev bəyan edir ki, o, öz atasının getdiyi yolla davam edə bilməz, deyə Oskanyan bildirib. Ki Uestdəki qeyd olunan şərtlər və müddəalar indiki Əliyev hökuməti üçün qəbuledilməzdir -- yəni Prezident İlham Əliyevin son seçkilərdən sonra gəncliyini, ölkəsində atası qədər moral avtoritetə malik olmamasını nəzərə alaraq bunların həyata keçirilməsi hazırda qeyri-mümkündür. Oskanyan ölkəsinin ona görə də Azərbaycan rəhbərliyinə vaxt verməyə hazır olduğunu söyləyib və bildirib ki, Ki Uest sənədinə müəyyən dəyişikliklər hələ də mümkündür.

Amerikanın Səsinin müxbirinə cavab verən Beynəlxalq və Strateji Araşdırmalar mərkəzində Avrasiya ölkələri üzrə mütrəxəssis Kori Uelt bildirib ki, cənab Oskanyanın optimizmi və münaqişənin həllinə can atması onu məmnun edir. Amma eyni zamandaə cəanb Ueltin fikrincə Ermənistanın Ki Uest sənədini növbəti danışıqlar üçün əsas kimi götürməsi problematikdir. Belə ki, Ki Uestdə nə baş verdiyi haqda ermənilərin bir, azərbaycanlıların isə başqa mülahizəsi var.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında danışıqların novbəti raundunun İyunun 21-də keçirilməsi nəzərdə tutulur.

Dövlət Katibi Pauell ilə cənab Oskanyan həmçinin Türkiyə və Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılmasına dair, Ermənistanın Millenium Challenge Hesabından mali yardım alması perspektivlərini müzakirə etmişlər. Sonuncu dəfə Kolin Paullə cənab Oskanyan Tbilisidə, Gürcüstan Prezidenti Saakaşvilinin inaqurasiyası zamanı görüşmüşdülər.

Onu da bildirək ki, bu gün özünün Avropa və Asia Məsələləri üzrə Dövlət Katibi assistenti Elizabeth Consla keçirəcəyi görüşdə Vartan Oskanyan sadalanan məsələləri daha detallı şəkildə müzakirə edəcək.

XS
SM
MD
LG