Accessibility links

Bağdadda bomba partlayışı nəticəsində 41adam həlak olub - 2004-06-17


İraq ordusunda xidmət etmək üçün qeydiyyataalma məntəqəsi qarşısında maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 41 nəfər həlak olmuş, 100-dən çox adam yaralanmışdır. Hücumun intiharçı tərəfindən həyata keçirildiyinə inanılır. Bağdad sakinləri bir həftə ərzində ikinci dəfədir ki, səhər dəhşətli bomba partlayışının şahidi olurlar. Bu dəfə İraqın Mülki Müdafiə təhlükəsizlik korpusunda xidmət etmək üçün qeydiyyata alma məntəqəsə hədəf seçilmişdir. Şahidlər deyirlər ki, 100-ə yaxın gənc qeydiyyat məntəqəsinin qarşısında dayanan zaman ağ rəngli maşın binanın qapısı tərəf sürülmüşdür. Həlak olan və yaralanların hamısı iraqlılardır. Amerika hərbi qüvvələrinin rəsmiləri bildiriblər ki, orduya yazılan iraqlılar binanın içində olduqları üçün onlar arasında həlak olan yoxdur. Lakin yaralananlar var. Yaralanmış bir iraqlı zabit Amerikanın Səsinin müxbirinə deyib ki, İraqda baş verənlər islamın və ümumiyyətlə, bütün dinlərin təliminə ziddir. Hadisə yerinə gələn İraqın Müvəqqəti hökumətinin baş naziri Əyad Ələvi əməliyyatı qorxaqların hücumu adlandıraraq, hökumətinin onlara qarşı qəti ölçülər götürəcəyini bildirmişdir. Qeydiyyataalma məntəqəsi Amerika hərbi bazasının yaxınlığında yerləşir.

XS
SM
MD
LG