Accessibility links

İraq müvəqqəti hökuməti qiyamçıları əzəcəyini bildirib - 2004-06-18


İraqın müdafiə naziri xəbərdarlıq edib ki, müvəqqəti hökumət İraq xalqını təhlükəyə məruz qoyan qiyamçıları və terrorçuları yerində oturdacaq. Hazim əl Şalan müxbirlərə deyib ki, lazım gəlsə hökumət qüvvələri qiyamçıların əllərin və başların kəsəcək. Dünən İraqın daxili işlər naziri Falah əl-Naqib deyib ki, zorakılığa son qoymaq üçün o, fövqəladə vəziyyətin tətbiq edilməsini nəzərdən keçirir. Sadalanan kəskin ifadələr bu ay baş vermiş 20 terror hadisəsi ilə əlaqədar olaraq verilib. Dünən Bağdadda və ordan şimalda baş vermiş iki ayrı-ayrı terro hücumu nəticəsində 41 nəfər həlak olub və 100-dən çox adam yaralanıb. Bu arada Bağdadın şimal-şərqindəki Baquba yaxınlığında, artıq 2-ci gündür ki, qiyamçılar Amerika hərbi qüvvələri ilə toqquşurlar. Döyüşlər zamanı iki qiyamçı məhv edilib.

XS
SM
MD
LG