Accessibility links

BMT Nüvə Agentliyi İranı pisləyən qətnamə qəbul edib - 2004-06-18


Beynəlxalq Nüvə Enerjisi Agentliyi İranın BMT agentliyinin həmin ölkənin nüvə fəaliyyətləri ilə bağlı apardığı təhqiqatla tam əməkdaşlıq etməməsi faktını pisləyən qətnamə qəbul etmişdir. Fransa, Almaniya və Britaniya tərəfindən sponsorluq edilmiş qətnamə həmçinin İranı təhqiqatı bir neçə ay ərzində tamamlamağa yardım etməyə səsləyir. Lakin qətnamə Tehrana qarşı heç bir sanksiya tövsiyə etmir. Birləşmiş Ştatlar isə deyir ki, gərək İran bu hərəkətinə görə BMT Təhlükəsizlik Şurası qarşısında cavab verə. BMT agentliyinin Vyanada bağlı qaşılar arxasında keçirdiyi görüşdə, Amerikalı səfir Kenneth Brill söyləyib ki, İranın nüvə proqramı dünyada sülhə və təhlükəsizliyə təhlükə törədir.

XS
SM
MD
LG