Accessibility links

Avropa Birliyi rəhbərliyi müəyyənləşməyib - 2004-06-18


Son gecə nəticəsiz gurtaran danışıqlardan sonra, Avropa Birliyinin rəhbərləri İttifaqın idarəçi strukturunun rəhbərliyinə namizədliklə bağlı danışıqları bu gün davam etdirəcəklər. Avropa Birliyinin sammitində 25 nəfər üzvü olan ittifaqın konstitusiyası barədə də danışıqlar davam edir.

Avropa Birliyinin prezidentliyini dəyişmə prinsipi əsasında həyata keçirən İrlandiya Baş Naziri Berti Ahern müxbirlərə bildirib ki, vəzifəsindən ayrılan Avropa Komissiyasının rəhbəri Romano Prodini əvəz edə biləcək namizədlərdən heç birisi Avropa Birliyinin rəhbərlərindən lazımı dəstək ala bilməmişdir.

İttifaq rəhbərliyi namizəd barədə təklifini lazımi dəstək əldə edə biləcək namizədi tapandan sonra verəcək. Biz hələ ki buna hazır deyilik. Hal-hazırda səkkiz-doqquz nəfərin adı var. Mən həmkarlarımla danışmışam və bilirəm ki, hazırda namizədlərin heç biri səsvermə zamanı səslərin çoxunu əldə etmək iqtidarında deyil. Sitatın sonu.

Cənab Ahern əlavə edib ki, Avropa Birliyinin rəhbərləri İttifaq Konstitusiyasının layihəsi barədə fikir ayrılıqlarının azalmasına baxmayaraq, üzv ölkələr səsvermədə səslərin sayı barədə fərqli mövqelərdə qalmaqdadır. Polşa və İspaniya onların səslərinin sayını azaldan indiki proporsional sistemə qarşı etiraz etməkdə davam edirlər.

XS
SM
MD
LG