Birləşmiş Ştatlar mətbuatının yazdığına görə prezident Buş Mərkəzi Kəşfiyyat Agentliyinə yeni direktoru gözlənildiyindən daha tez təyin etməlidir. Agentlyiin hazırkı direktoru Corc Tenet iyul ayının 11-i istefaya çıxır. Diretor müavini Con Maklaflinin noyabr ayı seçkilərinədək direktor vəzifəsini icra edəcəyi gözlənilirdi. Lakin bu gün “New York Times” qəzetində yayılan məlumata görə prezident Buş agentliyə direktoru yaxın gələcəkdə təyin etməyi planlaşdırır.