Accessibility links

İraqa yeni  ABŞ səfiri təyin edildi - 2004-06-23


Birləşmiş Ştatların İraqa yenicə təyin edilmiş səfiri Con Neqroponte İraqda durumun bir gecə ərzində dəyişdirilə bilməyəcəyini desə də, inkişafların doğru istiqamətə yönəldilməsinin mümkünlüyünü istisna etməmişdir. ABC tele-şirkətinə müsahibəsi zamanı cənab Neqroponte demişdir ki, iyul ayının birindən etibarən Amerikanın İraqın işğalına rəsmən son qoyduğu gün vəzifəsinə başlayacaq. Dövlət Departamentində and içərək, vəzifəsini qəbul edən səfir bildirmişdir ki, Bağdada İraq xalqına yardım və dəstək missiyası ilə gedir.

XS
SM
MD
LG