Accessibility links

İslam ekstremistləri əvf ediləcək - 2004-06-23


Səudiyyə Ərəsbistanı gələn ay ərzində təslim olan islam ekstremistlərinə amnistiya tətbiq ediləcəyini bildirib. Dövlət televiziyası ilə çıxışı zamanı şahzadə Abdulla demişdir ki, təslim olanlar ölüm cəzası ilə üzləşməyəcək. Şahzadə amnistiyanın həbsdə olmayan və cinayətə əl atmayanlara şamil ediləcəyini bildirmişdir. Şahzadə Abdulla çağırışa əməl etməyənlərə qarşı ciddi ölçülər götürüləcəyinə and idmiçdir. Xatırladaq ki, daha əvvəl xarici işlər naziri Saud Əl-Feysəl Səudiyyə qüvvələrinin terror şəbəkələrinin dağıdılmasında böyük uğur əldə etdiyini bildirmişdi.

XS
SM
MD
LG