Accessibility links

Prezident Buş Avropaya yola düşdü - 2004-06-25


Prezident Buş İraqda hakimiyyətin gələn həftə iraqlılara keçidi məsələsini NATO liderləri və Avropa Birliyinin rəsmilərilə müzakirə etmək üçün Avropaya yola düşüb. Prezidentin səfərinin ilk dayancağı İrlandiyadır. Burada ABŞ prezidenti Avropa Birliyinin rəsmilərilə ticarətin genişlənməsi və terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcək. Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Raysın bildirdiyinə görə, cənab Buş bu ayın əvvəli Corciya ştatında Səkkizlərin zirvə görüşündə Yaxın Şərq və İraqda demokratiyanın genişləndirilməsi səylərilə bağlı müzakirələri davam etdirəcək. “Prezident Avropa Birliyi-ABŞ sammitində bizim Avropa Birliyi ilə münasibətlərimizin gücünü göstərməyi davam etdirmək istəyir. Buraya terrorizmə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, habelə açıq və azad ticarət vasitəsilə maddi rifah halının yaxşılaşdırılması kimi bir neçə ildir müzakirə olunan məsələlərin müzakirəsi daxildir.” Xanım Raysın dediyi kimi, İrlandiyadan sonra Birləşmiş Ştatlar prezidenti müsəlman dünyasında dünyəviçi demokratiyanın aparıcı dövləti olan Türkiyə ilə strateji əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Prezident Buş ölkənin siyasi və dini liderləri ilə görüşəcək və Türkiyənin ilk prezidenti Mutafa Kamal Atatükrün məqbərəsini ziyarət edəcək. Bazar ertəsi günü cənab Buş İstanbulda NATO-nun sammitinə qatılacaq. Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays deyir ki, prezident Buş sammitdə alyansın bütün dünyada sülh və azadlıq yaymaq missiyasının bir hissəsi kimi, İraqın təhlükəsizlik qüvvələrinə təlim verilməsinə yardım etmək çağırışı ilə liderlərə müaricət edəcək. “Prezident 21-ci əsrin təhlükələrinə necə cavab vermək üçün alyansın bu dövrdə, təbii ki, ilk növbədə, NATO-nun olduqca böyük rola malik olduğu və bu rolun tam yerinə yetirildiyinə əmin olmaq üçün bütün gücünü səfərbər etdiyi Əfqanıstanda hansı şəkildə yardım edə biləcəyi məsələlərini müzakirə edəcək.” Prezident Buş İraqda hakimiyyətin iraqlılara keçidinə cəmi bir neçə gün qalmış keçirilən NATO zirvə toplantısından İraqın yeni hökumətinə dəstəyin gücələndirilməsinə çalışmaq üçün istifadə etməyi planlaşdırır. Prezident Buş Türkiyənin NTV televiziyasına müsahibəsində NATO ölkələrinin İraqa əlavə qüvvə göndərəcəyini düşünmədiyini, lakin bəzi üzv ölkələrin İraq hərbi qüvvələrinə təlim vermək işində yardım edəcəyinə ümid bəslədiyini bildirmişdir. ABŞ prezidenti Səkkizlərin sammitində NATO-nun İraqda daha geniş rolu məsələsində müəyyən müqavimətlə qarşılaşmışdı. Belə ki, Fransa prezidenti Jak Şirak iraqlıların bu müdaxiləyə necə cavab verəcəkləri sualını qaldırmışdır. Fransa və Almaniya NATO-ya üzv 15 ölkənin ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin tərkibində xidmət etdiyi İraqa hərbi qüvvə göndərməkdən imtina etmişlər. İstanbulda olduğu müddətdə ABŞ prezidenti Britaniyanın baş naziri Toni Bleyerlə görüşəcək, NATO-Ukrayna komisisyasının işində iştirak edəcək və Qalatasary universitetində məruzə ilə çıxış edəcək.

XS
SM
MD
LG