Accessibility links

Hindistan və Pakistan arasında danışıqlar başlayıb - 2004-06-27


Hindistan və Pakistanın xarici işlər nazirlərinin Dehlidə keçirdikləri münaqişəli Kəşmir məsələsi barədə iki günlük danışıqlarının birinci günü bu gün başa çatıb. Bu iki ölkə arasında 3 ildən bəri keçirilən ən yüksək səviyyəli danışıqlardır. Hər iki tərəfin nümayəndəsi danışıqları səmərəli adlandırsa da bu barədə ətraflı məlumat veməyiblər. İki günlük danışıqların gündəliyində iki ölkə arasında etimadın yaradılması yolları, hərbi qüvvələrin ixtisarı, diplomatik əlaqələrin genişləndirilməsi, Hindistan və Pakistanın nəzarəti altında olan Kəşmirlər arasında birbaşa avtobus yollarının açılması məsələləri var. Danışıqlar sabah davam etdiriləcək.

XS
SM
MD
LG