Accessibility links

Fələstin yaraqlıları Cənubi İsrail məntəqəsini mərmi atəşinə tutublar - 2004-06-29


Fələstin yaraqlıları evdə istehsal olunmuş mərmilərlə Qəzza zolağından İsrailin cənubundakı yaşayış məntəqələrini artıq ikinci gündür ki, atəşə tutublar. Hücum nəticəsində bir İsrailli yaralanmışdır. İsrail rəsmilərinin dediyinə görə mərmi barajı bu gün Baş Nazir Ariel Şaronun səfər etdiyi Sderot məntəqəsi yaxınlığında yerə dəymişdir. Hücumçuların cənab Şaronun elan olunmamış səfəri haqda məlumatı olması hələ aydın deyil. Ötən gecə İsrail qüvvələri Qəzzadakı Beit Hanun adlı yaşayış məntəqəsini ciddi nəzarət altına götürmüşdülər. Məhz bu ərazidən atılmış mərmilər Bazar ertəsi Sderot məntəqəsində iki İsraillinin ölümü ilə nəticələnmişdi. Başqa tərəfdən Fələstinlilər İsrail qoşunlarının cənubi Qəzzada 14 yaşlı bir oğlan uşağını öldürdüyünü xəbər verirlər.

XS
SM
MD
LG