Accessibility links

Əfqan Prezidenti Həmid Karzai NATOnu ölkədəki qüvvələri artırmağa səsləyib - 2004-06-29


Əfqanıstan Prezidenti Həmid Karzai NATOnu mümkün qədər tez olaraq öz ölkəsinə əlavə sülhməramlı qoşun hissələri göndərməyə səsləmişdir. O, bunun sentyabrda keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etməkdən ötrü vacib olduğunu bildirmişdir. İstanbulda keçirilən ikigünlük zirvə toplantısının sonuncu günündə çıxış edən cənab Karzai Bazar ertəsi alyansa Əfqanıstana əlavə qoşun göndərəcəyinə görə təşəkkür etmişdir. Amma o, bu prosesin tezləşdirilməsini istəyir. Belə ki, Taliban rejiminin qalıqları qarşıdan gələn seçkilərin baş tutmaması zorakılıqlar üçün törətməkdə davam edir. NATOnun hazırda Əfqanıstanda 6500 nəfərlik qüvvəsi var.

XS
SM
MD
LG