Accessibility links

Əfqanıstanda partlayışlar nəticəsində yaralananlar var - 2004-06-30


Əfqanıstanın Cəlilabad şəhərində baş verən iki partlayış nəticəsində 5-i uşaq, 3-ü isə polis işçisi olmaqla 27 adamın yaralandığı bildirilir. Rəsmi nümayəndələr partlayışların polis yoxlanış məntəqəsi yaxınlığında baş verdiyini deyirlər. Keçən həftə yenə də Cəlilabad şəhərində həyata keçirilən bomba partlayışlarının məsuliyyətini Taliban öz üzərinə götürmüşdür. Hadisə 2 qadın seçki təşkilatçısının ölümü və 13 nəfərin yaralanmasına səbəb olmuşdur.

XS
SM
MD
LG