ATƏT-in maliyyə yardımı ilə Bakıda hüququ xidmətlər xərcini ödəyə bilmyənlər üçün yardım mərkəzi açılıb. Təşkilat hüquqşünas tələbələrin təcrübəli vəkillərin nəzarəti altında işləyəcəklərini bildirir. Layihə koordinatoru Elmar Məmişovun bildirdiyinə görə, mərkəzin məqsədi aztəminatlı insanları bərabər şəkildə hüquq məsləhətləri ilə təmin etmək və tələbələrə qanuni proseslərin vacibliyini nümayiş etdirməkdən ibarətdir.