Accessibility links

Islamçı qrup Avropanı hədələyir - 2004-07-02


Əl-Qaida ilə əlaqəsi olan terrorçu qrup Avropa liderlərini Usama bin Ladenin vaxt müddəti İyulun 15-i bitəcək atəşkəs təklifini qəbul etmədikləri halda həmin qitədə hücumlar yapacağı ilə hədələmişdir. Əbu Həfz əl Məsri Briqadaları adlı təşkilatın bu bəyanatı Londonda çıxan gündəlik Əş-Şərq əl-Əvsət qəzetinin bu günkü nüsxəsində çap edilib. Xalisliyi yoxlanılmamış bəyanat Qərbdə yaşayan müsəlmanları müsəlman ölkələrinə köçməyə və qeyri-müsəlman məhlələrindən uzaq durmağa səsləmişdir. Əl-Qaida rəhbəri Bin Laden Aprelin 15-də buraxdığı audiokasetdə Avropa ölkələrinə öz qoşunlarını Müsəlman ölkələrindən çıxartmaq şərtilə atəşkəs təklif etmişdi. O, demişdi ki, onun təklifi 3 ay qüvvədə qalacaq. Amerika və Avreopa rəsmiləri hesab edirlər ki, Əbu Həfz əl Məsri Briqadalarınün sözünün çəkisi azdır və onların Əl-Qaida ilə əlaqələri çox zəifdir.

XS
SM
MD
LG