Rusiyanın hüquq-mühafizə orqanları neft nəhəngi YUKOS-un Moskvadakı ofisinə reydi başa çatdırıblar. Şənbə günü orqanların şirkətin ofisinə daxil olan 100-ə yaxın üzvü oradan sənədlərlə dolu yeşikləri çıxarıb aparıb. Kompyuter serverlərini aparmaq niyyətində olan nümayənədlər YUKOS-un işçilərinin bununla şirkətin iflic vəziyyətinə düşəcəyi xəbərdarlığını etdikdən sonra bu fikirdən daşınmışlar. Rusiya prokurorları bir neçə saat sürən reydin şirkət və onun icraedici direktorlarına qarşı vergidən yayınmaq və fırıldaqçılıqla bağlı təhqiqatın bir hissəsi olduğunu demişlər. YUKOS-un prezidenti Vladimir Xodorkovski və şirkətin şəriki Platon Ledeyevə qarşı məhkəmə işi keçən il başlamışdır.