Accessibility links

İran Səddama qarşı ittihamlar irəli sürəcək - 2004-07-04


Bu gün Tehranda mətbuat konfransı zamanı İranın xarici işlər nazirliyinin nümayəndəsi İranın İraqın keçmiş prezidenti Səddam Hüseynə qarşı hüquqi qaydada ittihamlar irəli sürəcəyini bildirib. Səddam Hüseyn 1980-ci ildə İrana qarşı hücum həyata keçirmək və səkkiz il davam edən müharibə zamanı iranlılara qarşı kimyəvi silahdan istifadə etməkdə günahlandırılır. İttihamlar bəşəriyyətə qarşı cinayətlər törətdiyinə görə hakimiyyətdən salınmış İraq liderini məhkum edən İraq məhkəməsinə təqdim ediləcək. Nümayəndənin bildirdiyinə görə, İran hökuməti İraq rəsmilərinin cümə axşamı Bağdad məhkəməsi qarşısına çıxarılarkən Səddama qarşı irəli sürülmüş ittihamlar arasında İrana qarşı hücumların nəyə görə qeyd edilmədiyini izah etməsini istəyir.

XS
SM
MD
LG