Accessibility links

Şri Lankada bir qadın polis məntəqəsində bomba partlatmışdır - 2004-07-07


Şri Lanka polisinin verdiyi məlumata görə Tamil Pələngləri kimi tanınan qiyamçı qrupun üzvü olmaqda şübhələnilən bir qadın paytaxt Kolombo şəhərinin polis bölməsində bomba partlatmışdır. Partlayış nəticəsində qadının özü və əlavə 4 nəfər polis işçisi həlak olmuşdur. Deyilənlərə görə əksəriyyəti polis olan 11 nəfər adam həmin qadını dindirməyə apararkən yaralanmışdır. Tamil Pələngləri qiyamçıları hələ baş vermiş hadisəyə münasibət bildirməyiblər. Qeyd edək ki, bu akt qiyamçı qrupun hökumətlə 2002-ci ildə bağladığı atəşkəs sazşindən bəri ilk kamikaze əməliyyatıdır.

XS
SM
MD
LG