İraqdakı Birləşmiş Ştatlar hərbi rəsmilərinin bildirdiyinə görə Bağdaddan şimala yerləşən Samara şəhərindəki Milli Qvardiya qərargahının minamyot atəşinə tutulması nəticəsində 5 Amerika əsgəri və 1 İraq keşikçisi öldürülmüşdür. Həmçinin hücum nəticəsində 20-ə yaxın adam yaralanmışdır. Amerika əsgərləri qiyamçı mövqelərinə cavab atəşi açmışlar və çaxnaşma zamanı ən azı 4 nəfər İraqlı ölmüşdür. Bağdadda isə maşına qoyulmuş bomba partlayışı nəticəsində Səddam Hüseynin Bəs Partiyasının keçmiş rəsmisi öldürülmüşdür.