Accessibility links

İraq və Suriya sərhəd təhlükəszliyinə dair razılıq əldə ediblər - 2004-07-11


Dəməşqdə səfərdə olan İraqın baş nazirinin müavini Bəhram Saleh Suiya ilə sərhəd təhlükəsizliyinə dair razılığın əldə edildiyini bəyan edib. Razılığa əsasən, Suriya və İraq arasında 600 kilometrlik sərhəd ərazisi yaraqlıların İraqa daxil olmasının qarşısının alınması üçün bağlanacaq. Bununla yanaşı, hər iki ölkənin təhlükəsizlik qüvvələri xarici yaraqlıların keçidinin qarşısını almaq üçün əməkdaşlığı gücləndirəcəklər. Suriya xarici ölkədən yaraqlıların ABŞ hərbi qüvvələrinə qarşı mübarizə aparmaq üçün İraqa keçidinə imkan verməklə bağlı ittihamları rədd edir. Dəməşq habelə sərhəd ərazisinə təkcə özünün nəzarət edə bilmədiyini bildirib. Bu arada, İraqın özündə ABŞ hərbi qüvvələrinin rəsmiləri Mosul yaxınlığında hücum zamanı koalisiya qüvvələrinin əsgəri, bir İraq vətəndaşı və bir yaraqlının öldüyünü bildirirlər. Bununla yanaşı, Filippin ölkə vətəndaşını girov saxlayan militantların tələb etdiyi kimi hərbi qüvvələrini İraqdan avqustun 20-dən əvvəl çıxarmayacağını bəyan edib.

XS
SM
MD
LG