Accessibility links

Putin Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə çağırır - 2004-07-12


Prezidenti Vladimir Putin bu gün Moskvada Rusiyanın xarici ölkələrdəki 130 səfiri qarşısında çıxışında Rusiyanın ABŞ-la daha güclü iqtisadi əlaqələr yaratmalı olduğunu deyib. Cənab Putin bəyan edib ki, Birləşmiş Ştatlarla münasibətlər daim diqqət mərkəzində olmalıdır. Vladimir Putin Rusiyanın qarşılıqlı hörmət və konstruktiv dialoq əsasında qurulmuş uzun müddətli əməkdaşlıq yaratmalı olduğunu söyləyib. Prezident Putin habelə deyib ki, bu əməkdaşlıq terrorizmə qarşı mübarizə, sabitlik yaradılması və silahların yaylımasına nəzarət edilməsi üçün lazımdır. Cənab Putin diplomatları Rusiyanın beynəlxalq aləmdə müsbət imicini yaratmağa çağırmışdır.

XS
SM
MD
LG