Accessibility links

Riçard Armitac Hindistandadır - 2004-07-13


Birləşmiş Ştatlar Dövlət Katibinin müavini Riçard Armitac Hindistanın paytaxtı Yeni Dehlidə səfərdədir. Orada cənab Armitac Hindistanın yenicə seçilmiş Baş Naziri Manmohan Sinqhlə və hökumətin başqa üzvləri ilə görüşməyi planlaşdırır. Danışıqlarda tərəflər Amerika-Hindistan münasibətlərini, Kəşmir sülh prosesini və İraq-Əfqanıstan məsələlərini müzakirə edəcəklər. Hindistandakı görüşlərdən sonra Riçard Armitac regional və beynəlxalq məsələləri müzakirə etməkdən ötrü Pakistana yola düşəcək.

XS
SM
MD
LG